Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14 yerli turizm şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE 2020” sərgisində iştirak edir. Bəs satte 2020 sərgisində ölkəmizin turizm potensialına maraq izləyicilər arasında hansı səviyyədə olub?
Turizm Agentliyindən verilən məlumatda deyilir ki, beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 m² sahəni əhatə edən stendlə təbliğ olunur .Stenddə qədim tarixi Azərbaycan torpaqları da müasir Azərbaycanın bir hissəsi kimi göstərilib. Göyçə, Şərur-Dərəlyaz eyni zamanda Zəngəzur qəzaları da keçmişdə olduğu kimi müasir xəritəmizə əlavə olunub və ziyarətçilərin diqqətini cəlb edib.Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.Sayca 27-ci dəfə təşkil olunan “SATTE 2020” sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.Ötən il Azərbaycana səfər edən Hindistan vətəndaşlarının da sayı artıb.Qeyd edək ki, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66,8 faiz artım deməkdir.