Diplomatik korpusun nümayəndələri Lənkəranda “Sitrus vadisi” aqroturunda iştirak ediblər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat”la ,ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Sitrus vadisi” aqroturu təşkil olunub.sitrus vadisində keçirilən gündən cənub bölgəsində olan əməkdaşlarımızın lentə aldığı ən maraqlı görüntüləri izləməyə nə deyirsiniz?
Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Citrus Valley” fermer təsərrüfatına təşkil olunan aqroturda Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlara aqroekoturlar təşkil olunur. İştirakçılara alternativ istirahət imkanı verən turlar həm şəhər sakinləri, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır. “Şəhərdən Kəndə” aqroturları turistlərin aqrar sahə üzrə bilik və bacarıqlarını artırmalarına, bir və ya bir neçə günlük kənd həyatı yaşamalarına imkan yaradır.