Bu gün Bakıdan Xankəndi şəhərinə 40 ton humanitar yardım göndərilib.Diqqətçəkənməqam
isə yüklərin daşındığı avtomobillərin seriya nömrəsi olub. Belə ki, Xankəndiyə yola düşən yük maşınlarının seriya nömrəsinin “44” olmasının ermənilərə xüsusi mesaj olduğu iddia edilib. Qeyd edək ki, Azərbaycanda “44” nömrəli avtomobil seriyası Masallı qeydiyyatı olan avtomobillərə şamildir. Xatırladaq ki, 44 rəqəmini ölkəmiz üçün doğma edən əsas amil Vətən müharibəsinin 44 gün davam etməsi və şanlı ordumuzun cəmi 44 gün erməniləri diz çökdürərək, Qarabağı azad etməsidir. Daha maraqlı bir məqam isə Qarabağda yaşayan erməni separatçıların bir qismi Azərbaycanın humanitar yardım addımına qarşı aqressiv münasibət göstərməyə başlayıb. Belə ki, Qarabağda yaşayan separatçı David Minasyan özünün Feysbuk səhifəsində “Türk çörəyinə əsla ehtiyacımız yoxdur. Əgər “artsax”a girsələr, bu maşınları məhv edəcəyik” paylaşımını edib. Minasyan eyni zamanda Azərbaycanın humanitar yardımının Xankəndiyə girişini əngəlləmək üçün hamını “oyanmağa” çağırıb. Bu yerdə ağlıma ataların bir misalı düşdü – Kimə yaxşılıq elədin, özünü ondan qoru.
{youtube}7a544wKlsHo{/youtube}