AZƏRBAYCANDAN DAHA BİR HUMANİST ADDIM
Baxış sayı: 686
Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Bilgidə qeyd olunub ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də Aqramanyan Martin Muşeqoviç, Gevorkyan Aşot Artakoviç ,Qriqoryan Feliks Arşakoviç, Manukyan Varazdat Amuşavan, Hovsepyan Edik Tiqrani adları qeyd olunan bu 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir.Avropa İttifaqı Azərbaycan tərəfinin beş erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.