AZƏRBAYCANDAN AŞPA-YA İTTİHAM

AZƏRBAYCANDAN AŞPA-YA İTTİHAM “ Qurum Ermənistanı mina xəritələrini verməyə məcbur edə bilmədi”“Hesabatın başlığı yanvar ayından bəri irəliləyiş olduğunu göstərir. Mən buna tam əmin deyiləm. Gördüyümüz işlərə görə yox, görə bilmədiyimiz işlərə görə. Bu fikirləri AŞPA yaz sessiyasında Büro və Daimi Komitənin inkişaf hesabatına dair müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov deyib. Qurum Ermənistanı mina xəritələrini verməyə məcbur edə bilmədi”“Hesabatın başlığı yanvar ayından bəri irəliləyiş olduğunu göstərir. Mən buna tam əmin deyiləm. Gördüyümüz işlərə görə yox, görə bilmədiyimiz işlərə görə. Bu fikirləri AŞPA yaz sessiyasında Büro və Daimi Komitənin inkişaf hesabatına dair müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov deyib. Qeyd edək ki, Miqrasiya Komitəsinin sədri Pyer Alən Fridezin Qarabağda Ermənistan tərəfindən yerləşdirilən minalara görə insan ölümləri sayının artmasından dərin narahatlığını bildirib. Kamal Cəfərov isə üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilmiş ərazilərdə erməni minaları 20 azərbaycanlı mülki şəxsin ölümünə səbəb olduğunu söyləyib. “Bu Ermənistan tərəfindən törədilmiş növbəti hərbi cinayətdir. Məhz bu Parlament Assambleyası Ermənistanı siyasi cəhətdən mina xəritələrini təhvil verməyə məcbur edə bilmədi”. Bu sözləri də Kamal Cəfərov deyib. Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, həmçinin Ermənistanın AŞPA-dakı deputatı Edmon Marukyanın yersiz ittihamlarına da cavab verib. Onun Marukyana cavabı sözlərlə yanaşı, cənab Prezidentin dəmir yumruq jesti ilə də olub. Bildirib ki, hazırda Qarabağda böyük yenidənqurma işlərinin birinci mərhələsindəyik. Gələcək üçün böyük potensial var. Riskləri minimuma endirmək, bölgədəki sabitliyi maksimuma çatdırmaq üçün yeni əməkdaşlıq formatları yaradılır. Xarici müəssisələr artıq azad edilmiş ərazilərdə fəaliyyət göstərməyə başlayıblar.