AZƏRBAYCANDA “TİKTOK” BAĞLANDI

Azərbaycanda bəzi internet xidmətlərinə məhdudiyyət qoyulub. Elə “tiktok” sosial şəbəkəsi kimi. Buna səbəb isə Qarabağda aparılan lokal antiterror əməliyyatları ilə bağlı sosial

şəbəkələrdə yanlış bilgilərin yayılmasının qarşısının alınmasıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də öz  rəsmi internet səshifəsində çağırış edib. İKT üzrə ekspert Elvin Abbasov vurğulayır ki, ölkədə informasiya təhlükəsizliyinin qorunması məqsədilə tiktok şəbəkəsinə gırışin müvəqqəti olaraq qısıtlanmasının tam təmin etmək məqsədilə mobil tətbiq yükləmə proqramlarına da müvəqqəti məhdudiyyət tətbiq edilib.

Ekspert həmçinin vpn proqramları istifadəçilərini də diqqətli olmağa və bu proqramların heç də təhlükəsiz olmadığına diqqət etməyə çağırdı

Onu da vurğulayaq ki, hazırda Ordumuzun uğurlu lokal antiterror əməliyyatları apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi bir dövrdə hər kəs vətəndaş məsuliyyətini dərindən dərk etməli, ayıq-sayıq olmalı, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ordumuzun apardığı əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməlidir.