AZƏRBAYCANDA “Aİ-98” MARKALI BENZİN CÜZİ BAHALAŞIB

Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1 manat 55 qəpikdən 1 manat 60 qəpiyə çatdırılıb. Bu barədə Qafqaz TV - ə açıqlamasında Dövlət Neft Şirkətinin yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.