AZƏRBAYCANDA “Aİ-95” BENZİNİNİN QİYMƏTİ QALXDI

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti yüksəlib. Belə ki, “Aİ-95” premium markalı benzin 40 qəpik bahalaşıb. Yeni satış qiyməti 2 manat təşkil edəcək. Buna qədər 1 litri 1.60 qəpikdən satılan benzinin qiymətinin artmasına səbəb dünya bazarlarında müşahidə olunan qiymət artımıdı. Beləki , “Aİ-95” premium benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal olunur. Məhsulun idxal dəyərinin artması , onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub. Xüsusən vurğulmaq lazımdır ki , Azərbaycanda kütləvi şəkildə istifadə olunan "Aİ -92" markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözü gedən markalı benzinin qiymətində hər hansısa artım gözlənilmir.