AZƏRBAYCANDA ÇİMƏRLİKLƏRƏ GİRİŞ ELEKTRON SİFARİŞLƏRLƏ OLA BİLƏR

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycanda yeni tipli modul xəstəxanaların tikintisinə başlanıb, ərzaq ehtiyacları təmin olunub:

 

İcra başçısı həm də çimərlik mövsümünün açılacağını bildirib. Onun sözlərinə görə, çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır. Bu da bəzi çimərliklərdə sıxlığın yaranmasına səbəb ola bilər. Həmçinin çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir.Həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər. Mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə deyib ki, biz hələ bir müddət bu virusla birgə yaşamalıyıq. Bu müddətin nə qədər olduğu isə bilinmir Operativ Qərargah idman zallarının açılışı ilə bağlı məsələyə də aydınlıq gətirib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bütün sahələrin fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq. Toyların bərpası məsələsinə münasibət bildirən qurum rəsmisi bildirib ki, toyların iyun-iyul aylarında keçiriləcəyi barədə bu gün hələ bir şey deyə bilmərik.Sonda bir daha vətəndaşlardan tibbi maska taxmaq, sosial məsafəni qorumaq tələb olunub.