AZƏRBAYCANDA YENİ QRİP VİRUSU YAYILIB
Baxış sayı: 585
Son günlər yayılan qripin indiyə qədər keçirdiyimiz qripə bənzəməməsi əhali arasında təşvişə səbəb olub. Həkimlər bildirir ki, yayılan xəstəlik mövsümi, kəskin resperator virus infeksiyasıdır və heç bir narahatlığa səbəb yoxdur. Xəstəliyin qəflətən başlaması və kəskin əlamətlərlə müşahidə edilməsi də, qrip xəstəliyindən xəbər verir. Lakin, bu infeksiya vaxtında müalicə olunmadıqda müəyyən xroniki xəstəliyi olan və imuniteti zəif olan insanlar və azyaşlılarda müəyyən fəsadlara gətirib çıxara bilər. Həkimlərin fikrincə bu virusdan qorunmaq üçün otaqları tez-tez havalandırmaq, gigiyenik şərtlərə riayət etmək, əlləri tez-tez sabunla yumaq və xəstə insanlarla ünsiyyətdən qaçmaqla bu virusa yoluxmanı məhdudlaşdırmaq olar.