AZƏRBAYCANDA YAY TURİZMİNƏ HAZIRLIQ GEDİR

Havaların istiləşməsi Azərbaycanın turizm sektorunda da canlanma yaradıb. Bəs, turizm mövsümünə hazırlıq necə gedir? Cari ildə Azərbaycana nə qədər turistin gələcəyi proqnozlaşdırılır? Hazırda insanlar əsasən həftə sonları və məzuniyyət günlərində regionlara səfər edirlər. Şimal bölgəsi də turistlərin ən çox üz tutduğu regionlar siyahısındadır. Yay mövsümünün yaxınlaşması və pandemiyanın səngiməsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında ciddi artım gözlənilir. Müsahiblərimizin dediklərindən belə qənaətə gəlmək olar ki, Azərbaycan turizm sənayesi hər zaman turist axınına hazır vəziyyətdədir.