AZƏRBAYCANDA TƏXRİBAT XARAKTERLİ BİLGİ YAYILDI

Sosial şəbəkələrdə Azərbaycanda bankların bağlanacağı ilə bağlı şayiələr yayılıb.Bəzi istifadəçilər bankların çökəcəyini, əmanətlərin dondurulacağını bildirərək

vətəndaşların bankda olan pullarını çəkməsini tövsiyə ediblər. Qeyd edək ki, Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan bilgilərə inanmamağa, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağa çağırır.