AZƏRBAYCANDA SAĞLIQ TURİZMİNİN İMKANLARI NƏLƏRDİR?

Azərbaycanda sağlıq turizminin imkanları necədi? Bu sahədə hansı işlər görülür?

9 iqlim qurşağında yerləşən ölkəmiz turizmin bir çox sahələrinin inkişaf etdirilməsi üçün şəraiti var. Bu turizm növündən biri də dünyada ən çox istifadə olunan sağlıq turizmidir. Azərbaycanda təbii müalicəvi mərkəzlərin olması bu turizmin dünya miqyasında tanıdılması üçün mühüm şərait yaradır. Sağlıq turizminin imkanları haqqında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev bilgi verdi.Sağlıq turizminin inkişafına istiqamətlənmiş işlər gələn turistlərin sayına təsir edirmi? Ümumilikdə Azərbaycan ərazisində 1500-dən artıq mineral və termal su mənbələri, müalicəvi əhəmiyyətə malik olan 4 palçıq vulkanı və 1 əsas neft mənbəyi vardır.