Təbii məhsullara tələbat bütün dünyada artır.Yeməkdən geyimə, kosmetikadan tutmuş oyuncağa qədər demək olar ki, hər sektorda məhsullar təbii, üzvi məna daşıyır. Xüsusilə qarşıdakı bir neçə il ərzində təbii məhsulların bazar payında ciddi bir təkanın baş verməsi gözlənilir.Bəs Azərbaycanda necə?orqanik məhsulların istehsal olunması planlaşdırılırmı?
Üzvi məhsullar toxuculuq və geyim məhsullarında daha çox özünü göstərir.Orqanik məhsullar böyümə prosesində heç bir kimyəvi maddə ilə təmin olunmadığı üçün bu baxımdan insan sağlamlığına zərər verməyən məhsullardır. Normal şəraitdə istehsal olunan toxuculuq məhsullarının isə istehsal, istifadə və həmçinin məhv edilərkən ətraf mühitə və insanlara zərər vurma ehtimalı olduqca çoxdur.Orqanik geyimlərin hazırlanması üçün pambıqçılığa daha çox önəm verilməlidir.Ölkədə kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır.Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılıb.Artıq 2016-cı ildən başlayaraq pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və demək olar ki,qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail olunub.Bunun nəticəsi olaraq artıq yaxın zamanda ölkədə orqanik geyim məhsulları da istehsal və ixrac olunacaq. Bunu Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda deyib.“Made in Azerbaijan" brendi altında orqanik məhsul ixrac edəcəyik.Dünya bazarında bu məhsullara ehtiyac var”, deyərək o bildirib.E.Əliyev həmçinin onu da bildirib ki, Azərbaycanda pambıqçılığın inkişafı orqanik pambıq istehsalı üçün şərait şərait yaradır.“Bu da öz növbəsində gələcəkdə orqanik geyim ixracını mümkün edə bilər.Bizim əsas işimiz maarifləndirməkdir.Əsası odur ki, orqanik məhsullar istehsal edənlər bu sahədə maariflənsinlər. Məlumat üçün onu da bildirək ki, dünyada üzvi toxuculuq məhsullarına tələbat hər il 40 faiz artır. Dünyada orqanik pambığın yüzdə 41-i Türkiyədə,yüzdə 25-i Hindistanda,yüzdə 8-i ABŞ-da, yüzdə 7-i də Çində çıxarılır.