AZƏRBAYCANDA MAYIN 3-DƏN "VAXZEVRİA"PEYVƏNDİ TƏTBİQ EDILƏCƏK

Mayın 3-dən Azərbaycanda "AstraZeneca"nın peyvəndinin tətbiqinə başlanılacaq.Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.İlkin olaraq 60 yaş və daha yuxarı şəxslərə “AstraZeneca“ şirkətinin istehsal etdiyi Vakszevria peyvəndi vurulacaq. Bu peyvəndin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Peyvəndinin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.Qeyd edək ki, “COVAX” platforması çərçivəsində ölkəmizə 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib. İngilis-İsveç şirkəti tərəfindən hazırlanan peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib.