AZƏRBAYCANDA KÖKLÜKDƏN ƏZİYYƏT ÇƏKƏNLƏRİN SAYI ARTIR.

Bu gün dünyada 2,1 milyard insan piylənmədən əziyyət çəkir. Aparılan son araşdırmalar göstərir ki, bu vəziyyətin ən çox müşahidə olunduğu ölkələr ABŞ , Çin və Rusiyadır.

Piylənmə-günümüzün ən aktual problemlərindən biridir.Piylənmə dedikdə, orqanizmdə dərialtı piy qatının və digər orqanlarda piy qatının, bədən çəkisinin normadan 20% artıq olması nəzərdə tutulur. Ölkəmizdə də aparılan hesablamalara görə, 15 yaşdan yuxarı kişi əhalisinin 7, qadın əhalisinin 9,1 faizində həddindən artıq piylənmə müşahidə edilir. Məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti, həkim-terapevt Nağdəli Zamanovdan piylənmənin yaranma səbəbləri və gətirəcəyi fəsadlarla bağlı fikirlərini öyrəndik.Müsahibimiz onuda əlavə etdiki ,qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan ən vacib səbəblərdəndir.Həddindən artıq piylənmənin müşahidə edildiyi insanların əksəriyyəti yaşı 45-dən çox olan şəxslərdir. Piylənmənin müşahidə edildiyi insanlar arasında qadınların sayı üstünlük təşkil edir.Bədən çəkisi artıq olanların sayına gəldikdə isə ölkədəki 15 yaşdan yuxarı kişilərin 3,3 faizinin, qadınların isə 4,7 faizinin bədən çəkisi çoxdur.ABŞ-ın Xəstəliklərin İdarə Olunması və Qarşısının alınması Mərkəzinin apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, yüksək gəlirə və ali təhsilə malik olan qadınlar aşağı gəlirli qadınlara nisbətən piylənmədən daha az əziyyət çəkirlər.Və sonda Görünən odurki ,Piylənmənin nəticələri heçdə xoşagələn deyil,bu zaman müxtəlif ciddi xəstəliklər meydana çıxa bilər.O zaman sağlam qidalanaraq sağlam ,həyat tərzi yaşamağa səy göstərin.