AZƏRBAYCANDA HANSI YOL ÖDƏNİŞLİ OLACAQ?

Avropa ölkələrinin bir çoxunda yollar artıq ödənişlidir. Azərbaycanda da artıq bu layihənin icrasına başlanılır. Bəs bu ilkin olaraq hansı yollarda nəzərdə tutulub.? ilk dəfə Hansı yol ödənişli olacaq?

“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik”. Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu haqda  deyib. Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”deyə o əlavə edib.