AZƏRBAYCANDA ENERJİ HƏFTƏSİ

Azərbaycanda Bakı Enerji Həftəsi öz işinə başlayıb. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir. 30 ölkədən 249 şirkətin qatıldığı forumun əhəmiyyətinə gəldikdə isə Millət Vəkili Vüqar Bayramov bunun Azərbaycanın hər sahədə möhkəmlənən mövqeyindən xəbər verdiyini bildirdi Milli Məclisin deputatı millət vəkili Vüqar Bayramov həmçinin Enerji Həftəsi çərçivəsində Bərpaolunan Enerji sərgilərindən danışaraq birldirdi ki, həm Azərbaycan, həm Avropa İttifaqı, həm də region üçün alternativ mənbələrdən enerji əldə edilməsi önəmli məsələlərdən biridir.Qeyd edək ki, Bakı Enerji Həftəsi iyunun 4-dək davam edəcək.