AZƏRBAYCANDA BU İL PAMBIQ YIĞIMI ÜZRƏ MƏHSULDARLIQ ARTIB

Orta məhsuldarlıq ötən illə müqayisədə 8 sentnerədək artıb Azərbaycanda pambıq yığımı sahəsində ötən ilə olan orta məhsuldarlıq 17,5 sentner ətrafında idisə, artıq bu ilə məhsuldarlıq 26 sentnerə çatdırılıb.

Bunu ötən gün jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.Hazırda pambıq yığımı hələ də davam edir. Mövzuyla bağlı süjetimiz var ,izləyək. Bu il ölkə üzrə 100111 hektar ərazidə pambıq əkilib.Saatlı, Ağcabədi, Biləsuvar ,Bərdə, Beyləqan, Sabirabad və İmişli ən çox pambıq əkini aparılan rayonlardandır. Respublikada pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, pambıqçılığın inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. Azərbaycanda pambıq yığımı sahəsində ötən ilə olan orta məhsuldarlıq 17,5 sentner ətrafında idisə, artıq bu ilə məhsuldarlıq 26 sentnerə çatdırılıb. Hazırda ölkədə 260 min tondan çox pambıq yığımı həyata keçirilib. pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verən addımlar atılır. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 257 min 773 ton məhsul təhvil verilib,orta məhsuldarlıq ötən illə müqayisədə 8 sentnerədək artıb və nəticədə pambıq yığımında 42,2 faiz artım qeydə alınıb.Pambıq yığımı davam edir