Paşinyan Praqada Dığ kəndi ətrafındakı ərazilərin Azərbaycana verilməsinə razılaşıb. Bu iddia ilə erməni hərbi ekspert Hayk Naapetyan çıxış edib. “Nikol Paşinyan
deyir ki, 100 müşahidəçiyə burada yerləşməsinə izin vermişik, çünki Avropa Birliyi Ermənistanın xəritəsini tanıyıb. KTMT tanımır, çünki Rusiya deyir ki, xəritələr baş qərargahdadır və bunun üzərində komissiya işləməlidir. Yəni delimitasiya bu sərhədlərə əsasən aparılmalıdır. Bu da o deməkdir ki, Paşinyan Praqada Dığ kəndi ətrafındakı ərazilərin Azərbaycana verilməsinə razılaşıb. Bu, təkcə Dığla bitməyəcək. Bənzər toqquşmalar daha üç bölgədə – Geqarkunik, Tavuş və Araratda olacaq” – deyə o bildirib.