AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI 2 DƏFƏ ARTIB
Baxış sayı: 844
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 515 280 nəfər əcnəbi vətəndaş gəlib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % azdır. Təkcə ötən ay isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 99% və yaxud təxminən 2 dəfə çoxdur. Sentyabrda Azərbaycana ən çox Türkiyə ,Rusiya, İran, Gürcüstan və Ukrayna vətəndaşları səfər edib.