AZƏRBAYCANA DAHA 14 ÖLKƏDƏN TURİST SƏFƏR EDƏCƏK
Baxış sayı: 532
Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib. Bununla bağlı Baş Nazir Əli Əsədov, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, 2022-ci il 20 may tarixindən hava nəqliyyatı vasitəsilə Bolqarıstan Respublikası, Butan Krallığı, Cənubi Afrika Respublikası, Qvatemala Respublikası, Laos Xalq Demokratik Respublikası, Livan , Mavriki Respublikası, Misir , Myanma İttifaqı Respublikası, Nepal , Paraqvay, Şimali Makedoniya, Şri-Lanka və Vyetnam vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir: Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 1 – nə qədər uzadılıb.