AZƏRBAYCANA 800 MİN RUSİYALI TURİST GƏLİB

Ötən il Azərbaycana 800 min rusiyalı turist səfər edib. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.“2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib. Bu, o deməkdir ki,

Azərbaycan Rusiya üçün cəlbedici bir məkana çevrilir. Moskvada turizm üzrə Azərbaycan nümayəndəliyi açılıb, qarşılıqlı təmaslar qurulur”, - deyə səfir mətbuat konfransında bildirib.Səfir ölkələr arasında hava nəqliyyatının inkişafından söz açıb.“Bizim ölkənin regionları ilə Azərbaycan arasında uçuşların təşkili üçün rəsmi aviadaşıyıcıların sayının artırılması ilə bağlı müzakirələr gedir”, - deyə səfir bildirib.Xəzər dənizində kruiz nəqliyyatına gəlincə, səfir bu istiqamətdə hazırlıq işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Senqstşmid Azərbaycanın turizm imkanlarını aktiv şəkildə genişləndirməyə başladığını və cari ildə Rusiyadan bir milyona yaxın qonağın gələcəyinin istisna edilmədiyini bildirmişdi.Onun sözlərinə görə, 2018-ci ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayında 5 faiz artım qeydə alınıb.