AZƏRBAYCAN XALQI ÖZ PREZİDENTİNİ SEÇİR

Respublikamızın hər yerində olduğu kimi Quba rayonunda da növbədənkənar Prezident seçkiləri ilə əlaqədar səhər saat 8 :00 – dan etibarən bütün seçki məntəqələrində seçicilər öz

hüquqlarından istifadə etməyə başlayıblar. Bizdə Qafqaz TV olaraq 59 saylı Quba seçki dairəsinin bir neçə seçki məntəqəsində müşahidələr apardıq. Məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığının şahidi olduq. Çəkiliş apardığımız məntəqələrdə müşahidəçilərin də olduğunu və öz müşahidələrini apardıqlarını gördük. Şəffaf qutular müşahidəçilərin gözü önündə yerləşdirilib. Həmçinin seçki prosesinin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə seçki məntəqələrində veb-kameralar da quraşdırılıb. Qeyd edək ki, Quba rayonu üzrə ümumi seçiciləri sayı 103.443 nəfərdir. Onlardan 5365 nəfəri ilk dəfədir ki, səs vermədə iştirak edir.