AZƏRBAYCAN VƏ ERMƏNİSTAN LİDERLƏRİNİN GÖRÜŞÜ GÖZLƏNİLİR
Baxış sayı: 446
Rusiyada Azərbaycan və Ermənistan liderlərnin görüşü keçirilə bilər. Bu barədə Vedemosti nəşri bilgi yayıb. Diplomatik mənbənin nəşrə bildirdiyinə görə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir. Başqa bir mənbə isə nəşrə bildirib ki, üçtərəfli danışıqlar oktyabrın sonunda keçirilə bilər. Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir. Çox güman ki, danışıqlar Soçidə keçiriləcək deyə - Vedemosti nəşri yazıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25 – də Soçidə Valday diskusiya klubunun plenar iclasında iştirak edəcək.