AZƏRBAYCAN VƏ ERMƏNİSTAN KOMİSSİYA ÇƏRÇİVƏSİNDƏ İŞLƏMƏYƏ HAZIRDIR

“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək”. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Miger Qriqoryanla mayın 24 – də Ermənistan – Azərbaycan dövlətlərarası sərhədində komissiya formatında ilk görüşü keçirilib. Tərəflər delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komisiyanın birgə fəaliyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalarının görüşləri bu məcrada davam edərsə, iki ölkə arasında sülh sazişinin bağlanmasını sürətlənə bilərmi ?