AZƏRBAYCAN TURİZMİ YAPONİYADA TƏBLİĞ EDİLİR
Baxış sayı: 614
Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib. Tədbirdə ölkəmizin turizm potensialı və müxtəlif məhsulları iştirakçilara təqdim edilib. Seminardan sonra Azərbaycan mədəniyyətinin təbliğ edilməsi məqsədilə qala gecəsi təşkil edilib. Gecədə çıxış edənlər Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladaraq, ölkələrimizin həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurduğunu bildiriblər. Bundan əlavə son iki gündə keçirilən tədbirlərin iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcəyi əminliklə ifadə olunub. Gecədə dünyaca məşhur pianoçu İsfar Sarabski, o cümlədən tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanov öz triosu ilə çıxış ediblər.