AZƏRBAYCAN TOKİO PARALİMPİADASINDA NÖVBƏTİ MEDALINI QAZANIB

Azərbaycan para-atleti Səid Nəcəfzadə Tokio Paralimpiadasının bürünc medalına sahib olub. Təmsilçimiz uzunluğa tullanma yarışlarında gücünü sınayıb və 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi 7,21 metr göstərici ilə iranlı Amir Xosravani olub. Hal hazırda Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi, 12-si isə qadındır.Xatırladaq ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.