General-polkovnik Elçin Quliyev Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə medal təqdim edib. Dövlət Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Quba rayon
İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalına layiq görüb. DSX-nın rəhbərliyi bu gün medalı icra başçısına təqdim edib. Onu da qeyd edək ki, 2017-ci ildən Quba rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunan Ziyəddin Əliyev rayon əhalisinin sosial qayğılarının aradan qaldırılması istiqamətində mühüm işlər görüb. Rayonun şəhər, kənd və qəsəbələrində vətəndaşlarla səyyar görüş-qəbullar keçirən rayon rəhbəri onları narahat edən məsələlərlə yaxından tanış olur və bu məsələlərin həlli istiqamətində yerindəcə tapşırıqlar verir. Bütün bunlarla yanaşı rayonda gedən quruculuq abadlıq işləri sürətlənib, yeni istihsalat müəssələrinin sayı artıb.