AZƏRBAYCAN QAZI AVROPAYA SATILACAQ ?

Avropa İttifaqı gələcəkdə Rusiya qazını almağı dayandıracaq. Bunu qurumun Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib. Biz Rusiyadan enerji asılılığı barədə qərar qəbul etmişik. İlk növbədə kömür, sonra isə neft. Bir müddətdən sonra isə qaz alışı dayanacaq – deyə Avropa İttifaqı diplomatiyasının rəhbəri bildirib. Borelin sözlərinə görə bütün bunlardan imtina etmək üçün prossesə uyğunlaşmaq lazımdır. Rusiya Federasiyası öz qazını satmaq istəyir. Lakin biz onu bizə satmaq istədiyini bilmirik – deyə Borel bildirib. Əgər Avropa Rusiya qazından tamamilə imtina edərsə, Azərbaycan öz qazını bu ölkələrə satmaqla, həmin boşluğu doldura bilərmi ?