AZƏRBAYCAN ORDUSUNUN TƏLİMLƏRİ DAVAM EDİR

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mayın 18-də başladığı genişmiqyaslı əməliyyat-taktiki təlimlərində bu gün qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılması tapşırıqlarını icra ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.Xatırladaq ki 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.