AZƏRBAYCAN ORDUSUNDA ANDİÇMƏ MƏRASİMLƏRİ KEÇİRİLİB

Avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib .Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. İlk dəfə olaraq gənc əsgərlərin ailələri ilə videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb. Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib.