AZƏRBAYCAN ORDUSU ERMƏNİLƏRƏ KABUS YAŞADIR
Baxış sayı: 351
Azərbaycan- Ermənistan şərti sərhəddində baş verən toqquşmalarda 1 erməni əsgəri həlak olub, 1 erməni əsgəri isə yaralanıb. Bununla bağlı bilgini Ermənistan Müdafiə Nazirliyi yayıb. Bununlada Ermənistan-Azərbaycan şərti sərhəddində silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərin sayı 5-ə çatıb. Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl 4 hərbçisinin yaralandığını açıqlayıb. Xatırladaq ki, mayın 10-u axşam saatlarınadan etibarən Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən üzbə - üz yerləşən mövqelərimizi fasilələrlə ağır artileriya atəşinə tutub. Həmçinin ordumuzun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı, müxtəlif istiqamətlərdən zərbə PUA-ları tədbiq edilib. PUA-lar hədəfə çatmadan zərərsizləşdirilib. Həmçinin Azərbaycan- Ermənistan şərti sərhədnin kəşviyyat və atəşə nəzarət məqsədi ilə istifadə etdiyi komanda-qərargah maşını məhv edilib.