Rusiyanın “TurStat” turizm portalı rusiyalı turistlər üçün MDB-də müəllif turlarının ən populyar istiqamətlərinin siyahısını təqdim edib.Azərbaycan bu siyahıda ilk üçlüyə daxil olub.
Bu siyahıya, Azərbaycandan Bakı, Qobustan, Şəki və Qəbələ ilə yanaşı, həmçinin Qazaxıstandan Almatı şəhəri və Almatı vilayəti, Burabay və Aktau, Belarusdan Minsk şəhəri, Minsk vilayəti və Vitebsk, Özbəkistandan Buxara və Səmərqənd və s. daxil edilib.“Turstat”ın məlumatına görə, müəllif turları turizmin ən populyar növlərindən birinə çevrilir. Travel-bloggerlər tərəfindən təqdim edilən müəllif turları və ekskursiyalar daha çox populyarlaşır.Müəllif turları dedikdə, travel-ekspertlə 5-15 nəfərlik kiçik qruplarda səyahət və turlar nəzərdə tutulur. Bir həftəlik müəllif turuna turistlər iki adama 1000-1500 dollar xərcləməyə hazırdırlar. Məlumat üçün onu da bildirək ki,reytinq müəllif turları və istirahət təklifləri bazarının analizinin nəticələri əsasında tərtib edilib.