"Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Kulinarlarının Konqresi keçirilib.Ölkənin bütün bölgələrindən 250 dən çox aşpaz qatıldığı konqresdə hansı maraqlı məqamlar yaşandı?
Konqresə ölkənin bütün bölgələrindən 250-dən çox aşpaz qatılıb. Azərbaycan kulinariya mütəxəsisləri asosiyyasının üzvləri bildirib ki, konqresin məqsədi gənc aşpazları bir araya gətirmək və görülən işlərin hesabatını etməkdir: "Aşpazlarımız oktyabr ayında Monteneqroda, dekabrda isə Dubayda uğur əldə ediblər. Bu gün məqsədimiz gənc aşpazları həvəsləndirmək və Azərbaycan mətbəxinin dünyada tanıdılmasıdır. Hazırda assosiasiyanın 100-dən çox üzvü var. Gələcəkdə daha çox aşpaz və insanların qoşulacağını gözləyirik.Mayın 19-21-də Qızıl Şah 1-ci Kulinariya Çempionatı keçiriləcək ki, orda da bütün bölgələrdən aşpazların qatılacağı gözlənilir. Qeyd edək ki, çempionatın münsiflər heyəti xarici mütəxəssislər olacaq. Burada aşpazlarımız öz məharətlərini göstərəcək". Assosiasiyanın İdarə Heyətinin sədr müavini Fərhad Aşurbəyli iştirakçıları ötən ilin hesabatı ilə tanış edib və bildirib ki, bu ilin martında Lənkəranda diametri 2 metr olacaq Şah Plov hazırlanacaq: "Eyni zamanda Azərbaycanın ən görkəmli kulinarı Şahhüseyn Kərimovun xatirəsinə ucaldılan memorial abidənin açılışı olacaq". Assosiasiyanın İdarə heyətinin digər üzvü həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma və mətbəx barədə danışarkən dünyanın ən əsas problemlərindən olan piylənmə barədə məlumat verib. O, piylənməni insan həyatı üçün böyük bəla adlandırıb və insanları sağlam qidalanmağa çağırıb. Assosiasiya digər üzvləri də həmçinin keçirilən bun tədbirin həm özləri,həm də bu sahədə maraqlı olan iştirakçılar üçün maarifləndirici əhəmiyyətinin olduğunu bildiriblər.