AZƏRBAYCAN İSLAM SƏKKİZLİYİNƏ ÜZV OLACAQ ?

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV 100"ə müsahibə verərkən Azərbaycanla bağlı maraqlı bir bilgi verdi. Əgər Azərbaycan D- 8 - ə üzv olarsa, bu əməkdaşlığın ölkəmizə nə kimi faydası olacaq ? Əməkdaşımız mövzuyla bağlı siyasi şərhçi Elçin Mirzəbəylinin fikirlərini öyrənib. Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin o dövrdəki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.