AZƏRBAYCAN ERMƏNİ ƏSİRLƏRİ GERİ QAYTARDI

Vətən müharibəsindən sonra Azərbaycan sülhün təmin olunması və tərəflərin regiaonda rahat yaşaması üçün əlindən gələni edir. Ölkəmiz yenə də qarşı tərəfə humanistlik göstərərək səhəddəki son təxribatlar zamanı əsir düşən 17 ermənini qarşı tərəfə təhvil verib. Bu humanist addıma görə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Salivan ölkəmizə təşəkkür edib. Xatırladaq ki, bu Azərbaycanın nankor qonşumuza qarşı atdığı ilk müsbət addım deyil. Bundan öncə də bir neçə erməni əsir qarşı tərəfə verilib. Lakin yaxşılıqdan anlamayan qonşumuz hələ də mina xəritələrini Azərbaycana vermir, təxribatlar törətməkdən əl çəkmirlər. Əlbətdə ki, bu rahatlığın səbəbi ciddi cəza tədbirlərinn görülməməsidir. Siyasi şərhçi Samir Hümbətovun fikrincə ermənilər törətdikləri cinayətlərə görə beynəlxalq ictimaiyyət tərəfindən layiqli cəza almış olsaydılar, 200 – çox soydaşımız mina qurbanına çevirilməzdi. Azərbaycanın növbəti humanist addımının nəticəsini ehtimal edək ki, danışıqlar masasında görəcəyik. Lakin sülh dilindən anlamayan qarşı tərəf hələ ki, təxribat törətməklə məşğuldur. Ancaq ermənilər unudurlar ki, onlara uzadılan bu sülh əlinin dəmir yumruğa çevirilməsi an məsələsidir. Odur ki, nə qədər gec deyil təxribatlardan əl çəkin!