AZƏRBAYCAN DİLİ ORTAQ TÜRK DİLİ OLA BİLƏR

O, dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq dissertasiyası müdafiə edib, türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bəli o, Türkoloq, dilologiya elmləri doktoru, professor, Ağasıoğlu imzası ilə kitablar yazan Firudin Cəlilovdur. Türk dilləri araşdırmaçısı Firudin Ağasıoğlu deyir ki, o türk dilləri ilə yanaşı başqa dillərin də qrammatikasını örənib və müqaisələr aparıb və Azərbaycan türkcəsi kimi mükəmməl və sanballı ikinci bir dil tanımırDilçi alimin fikrincə əgər bu gün Ortaq Türk dilinin yaradılmasından söhbət gedirsə Ortaq Türk dili Azərbaycan Türkcəsi olmalıdır. Türkoloqun fikrincə ərəb-fars sözləri Azərbaqycan dilinin gözəlliyini korlayır. Dilimizi tədricən bu sözlərdən arıtlamaq gərəkir.Firudin Ağasıoğlunun da dediyi kimi Azərbaycan dilində gərəksiz o qədər alınma sözlər var ki, o0nları heç düşünmədən atmaq yerinə isə öz sözlərimizi qoymaq olar. Xatırladaq ki, Qafqaz TV-nin dilimizin saflığı uğrunda hazırladığı layihələrdən biri də “Öz dilində danış” layihəsidir ki, televiziya tərəfindən hazırlanan bu çarxların yardımı ilə öz türkcəmizdə olan sözlərin təbliğ edirlir.