AZƏRBAYCAN AVROPANIN MÜHÜM QAZ TƏHCİZATÇISINA ÇEVRİLİR
Baxış sayı: 575
Statistik məlumatlara görə bu ilin ilk 5 ayı ərzində Azərbaycan Avropaya qaz ixracatını əvvəlki dövrlə müqayisədə 2.2 dəfə artıraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib. Deməli ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. Buxarestdə imzalanan Saziş də Avropanın enerji təhlükəsizliyinə bir töhfədir. Dövlət Neft Şirkəti ilə Romqaz arasıda imzalana müqaviləyə görə, 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qaz ixrac olunacaq. Bu isə onu deməyə əsas verir ki, ölkəmiz qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyini daha gücləndirir. Bütün bunlar sübut edir ki, bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era və mərhələnin başlanğıcı olacaq. Çünki Qaradənizin o tayında 2, bu tayında 2 dövlətləri birləşdirən vahid enerji sistemi olacaq. Qara Dənizin dibi ilə 195 min km uzunluğunda magistral elektrik xətti və optik rabitə xətti çəkiləcək.