AZƏRBAYCAN AVROPA İTTİFAQI ÖLKƏLƏRİNƏ İLBİZ VƏ QURBAĞA AYAĞI İXRAC EDƏCƏK.

 Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib. Növbəti illər üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi daha hansı qida qidaların ixracını planlaşdırır?

 Avropa İttifaqı ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Aİ-na ixrac edək. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır.Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək.” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik mənşəli məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı ilə bağlı danışıqlar aparır”.Mikayılov onu da deyib ki, qeyri-neft məhsullarının ixracında fındıq ön pillələrdə dayanır.Fındıq məhsullarının Aİ-na üzv ölkələrinə ixracına imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq.Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər hesabına ölkədə istehsal olunan fındığın qablaşdırılması,emalı və daşınması Aİ-nın tələblərinə uyğun olacaq.İmtina hallarında əsas arqumentləri sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlər təşkil edir.“Odur ki, Aİ-na üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük.Bu isə imkan verəcək fındıqla yanaşı pomidor, xurma və digər məhsulların Avropaya ixracını asanlaşdıraq”,-o qeyd edib.E.Mikayılovun sözlərin görə, Azərbaycan habelə toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.Belə ki, sahibkarların müraciətləri nəzərə alınaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib:“Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik.Eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin də ixracı ilə bağlı danışıqlar gündəmdədir”.