AZAL BAKI–NAXÇIVAN REYSLƏRİNİ LƏĞV ETDİ

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan

ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti bilgi yayıb. Bildiirlib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı bilgi veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. "AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - deyə bilgidə qeyd olunub.