AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ HANSI ZAVOD FƏALİYYƏT GÖSTƏRİR ?
Baxış sayı: 1019
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və tikinti işlərinin gedişi ilə maraqlanıb. İnşaat işlərinin daha keyfiyyətli aparılması üçün müvafiq tapşırıqlar verilib. Sonra müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub. Ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.