AYTƏKİN ALXASLI KİMLƏRİ QINADI ?
Baxış sayı: 489
Qafqaz Televiziyasında yayımlanan Sözümüzün canı verilişinin növbəti sayının qonağı tərəqqi medallı, tanınmış jurnalist Aytəkin Alxaslı olub. Azərbaycanda kifayət qədər tanınmış jurnalistlərdən biri olan Aytəkin Alxaslı hər zaman maraqlı açıqlamaları ilə izləyicilərini təəccübləndirməyi bacarır. Bu dəfə də o, özünü jurnalist adlandıran bəzi media mənsublarının bağına daş atıb. Aytəkin xanım bölgədə yaşayan jurnalistlərin məsuliyyət yükünün paytaxt jurnalistlərindən daha çox olduğunu da dilə gətirib. 30 ildən artıqdır ki, Aytəkin xanım jurnalist kimi bölgədə fəaliyyət göstərir. Onun bölgədə yaşayan digər jurnalistlərdən daha populyar olmasının səbəbi isə məncə jurnalistika sənətini müqəddəs hesab etməsidir. Uzun illərdir Aytəkin Alxaslı bu sənətə vicdanla, təmənna güdmədən, əsl peşəkarlıqla xidmət edir.