AXISQA TÜRKLƏRİNİN TARİXİ

Bildiyimiz kimi, Azərbaycan bir çox etnik xalqların məskənidir. Burda əhalinin 8,4 faizini azsaylı xalqlar təşkil edir. Azərbaycan tarix boyu digər xalqlara dostca münasibət bəsləmiş, ehtiyacı olanalra kömək əlini uzadıb.

Məhz bunun nəticəsidir ki, onlar Azərbaycanı öz doğma torpaqları kimi görüb qəbul ediblər həmişə. elə ölkəmizdə yaşayan Axısqa Türkləri də bu xalqlardandır. Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağrı məşəqqətlərə düçar olmuş boylarından biri də Axıska Türkləridir. Axısqa Türklərinin tarix boyu yaşadıqları ərazi Gürcüstanın Məhsəti bölgəsi olub. Onların dilləri Azərbaycan və Türkiyə türkcəsinə çox yaxındır. Azərbaycanda yaşayan axısqa türkləri ATVİB- adı altında böyük bir birlik yaradıb. “Vətən” ictimai Birliyının əsas məqsədi Axısqa Türklərinin hüquqlarının bərpasına nail olmaqdır. Yarandığı gündən etibarən Azərbaycanda yaşayan Axıska Türklərinin birliyinin təmin edilməsi, onların ictimai social problemlərinin həlli yönündə fadalı tədbirlərin təşkili, tarixi vətən Axıkaya köç prosesində qabaqcıl işlərin görülməsi istiqamətində çox mühüm işlər həyata keçirilir. Axısqa Türkləri yaşadıqları əzablara və çətinliklərə baxmayaraq heç bir zaman Türk olduqlarını danmamış, ölüm bahasına belə millətləri hər şeydən üstün tutan bir xalq olub. Bu gün onlar öz mədəniyyətlərini hər yerdə yaşadır. Əmək sevər, bir o qədər də zəhmətkeş olan bu xalq öz gələnəklərini dünyanın hər yerin də yaşadır. Axısqa turkləri Azərbaycanda öz vətənlərinda olduğu kimi rahat yaşadlqlarını bildirirlər