AVTOMOBİLƏ QANUNSUZ DƏYİŞİKLİK EDƏNLƏRƏ QARŞI TƏDBİR KEÇİRİLİB

Siyəzəndə avtomobilə qanunsuz dəyişiklik edən şəxslə qarşı tədbir keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, məhsuliyyətdən yayınmaq üçün dövlət qeydiyyat nişanını rəngləyən, sürücülük hüququ olmadan avtomobil idarə edən və sərxoş halda hərəkətdə olan sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçirilib. Bəzi nəqliyyat vasitəsilərinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib. Polis əməkdaşları qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.