AVTOMOBİL TƏKƏRLƏRİNƏ YENİ YAŞAM VERİLDİ

Bildyimiz kimi, təxminən bir neçə il istifadədən sonra bütün avtomobil şinləri dəyişdirilir. İşlənmiş təkərlər isə ekologiya üçün çox böyük təhlükə təşkil edir. Düşünün, bir təkərin torpaqda “əriməsi” üçün 100 ildən çox vaxt tələb olunur.

Təkəri yandırmaq isə daha təhlükəlidir.Qafqaz TV-də təcrübə keçən gənclər Belə bir həssas məqama diqqət çəkərək hər kəsi ekologiyanı qorumağı çağırır. BMT-nin hesablamalarına görə, dünyadakı təkər tullantılarının həcmi 40 milyon tonu keçib və bu miqdar hər il 8 milyon ton artır. Belə bir məqamda həyacan təbili çalmağın əhəmiyyətini anlayan Qafqaz TV-nin təcrübəçi gəncləri gözəl bir təşəbbüsə imza atıblar...Tullantı Təkər geridönüşümü.. Geri dönüşüm tullantılardan istifadəyə yararlı yeni materialların istehsalı bununlada xammala qənaət, enerjiyə qənaət, havanın, suyun daha az çirklənməsi deməkdir. Və budur çox qısa bir zaman kəsiyində komanda ruhuyla geridönüşüm prosesi reallaşır. Biri boyayla təkərləri rəngləyir,digər tərəfdən torpaq daşınıb şinlərin içərisinə doldurulur və nəhayət dibçəklər hazırdır .və gülləri əkmək olar. Qafqaz TV binasının ən gözəl güşəsində ərsəyə gətirilən bu işlə təcrübəçilər həm təmiz hava yaratmaq, sağlam həyat, gələcək nəsillərin düşünülməsi məsələsinə , həm də ətraf aləmin görünüşünu yaxşılaşdırmağa diqqət çəkməyə çalışıblar. Və beləliklə tullantı olaraq zibilə atılmağı və ya yandırılmağı gözləyən avtomobil şinləri Qafqaz TV əməkdaşlarının əlində sənət əsərinə çevrilir.