AVROPALI YƏHUDİLƏR QUBADA

Avropa Ravvinlər Konfransının icraçı direktoru və aparat rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Qubaya səfər ediblər “Azərbaycana gəlişimdə əsas məqsəd burda mövcud olan tolerantlıq, multikulturalizm, mühitini görmək, buradakı bu təcrübəni, öyrənmək və bu təcrübəni Avropaya daşımaqdı” Bu sözləri rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qubaya səfərləri çərçivəsində Avropa Ravvinlər Konfransının icraçı direktoru və aparat rəhbəri Qadi Qroniç deyib. Qubaya səfər edən nümayəndə heyətini öncə Quba rayon İcra Hakimiyyətində qarşılanıb. Çay süfrəsi arxasında qonaqları salamlayan Qubara rayon İcra hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov onları salamladıqdan sonra rayon haqqında bilgi verib. Qeyd edilib ki, Quba zəngin təbiəti ilə yanaşı burda yaşayan müxtəlif sayda xalqlar və onların gələnəkləri ilə rayona gələn qonaqları özünə heyran edir. Yüksək səviyyədə qarşılanmaya görə Qadi Qroniç Quba rayon İcra hakimiyyəti başçısının birinci müavininə təşəkkür etdib. Görüşdə Avropa Ravvinləri Konfransının hüquq departamentinin rəhbəri Şorena Mikava, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səfər Səfərli iştirak ediblər. Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra qonaqlar dağ yəhudilərinin yığcam şəkildə məskunlaşdıqları Qırmızı qəsəbədə sinaqoqlarla və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar. Sinaqoqlara baş çəkərkən burda Dağ Yəhudilərinin dini etiqad azadlıqlarına hörmətlə yanaşıldığının və qorunduğunun şahidi olan qonaqlar Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyində də Azərbaycanda yaşayan Dağ Yəhudlərin tarixinin və gələnəklərinin qorunmasının və yaşadıldığını öz gözzləri ilə görüblər.