AVROPADAN QUBADAKI SOYQIRIMI MUZEYİNƏ VİRTUAL SƏYAHƏT

Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” Gənclər Birliyi Azərbaycan muzeylərinə virtual səyahət layihəsinə start verib.

ilk olaraq Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə birgə, bu gün “1918-ci il azərbaycanlıların soyqırımı” adı ilə Qubadakı Memorial Muzeyə onlayn səyahət təşkil olunub, seminar keçirilib.Səyahət Azərbaycan, fin və ingilis dilində baş tutub. Məqsəd erməni vandalizminin iç üzünü göstərmək və soyqırımı hadisələrini tarixi faktlarla təbliğ etməkdir. Seminarda Skandinaviya ölkələrində, o cümlədən Finlandiyada yaşayan azərbaycanlılar və həmin ölkənin vətəndaşları, Böyük Britaniya, Fransa, Amaniya, Niderland, Amerika, Yunanıstan, Azərbaycan, İsveçdən onlayn qoşulanlar olub. Seminarda Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və Kompleksin ingilis dilli mütəxəssisi Aygün Ağamirzəyeva iştirakçılara təqdimat ediblər.Layihə digər qoruq və muzeylərin tanıdılması ilə davam edəcək.