AVROPA İTTİFAQI İRANA BARMAQ SİLKƏLƏDİ

Avropa İttifaqının Xarici və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borell İranı kəskin tənqid edib.İran Rusiyanı müasir silahlarla təmin etməklə, Beynəlxalq hüququn norma və prinsiplərini pozur- deyə Cozef Borell BMT-nin Nyu Yorkdakı qərargahında verdiyi mesahibə zamanı bildirib. Ali nümayəndə İran hökumətinin insan haqlarına hörmət etmədiyini bildirib. İranın Beynəlxalq Atom Enerjisi ilə əməkdaşlığı da vacib məsələdir- deyə o əlavə edib. Xatırladaq ki, fevralın 19-da Cozef Borellə İranın XİN Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. Cozef Borellə Aİ-nin mövqeyini bildirib və İrana Rusiya ilə bağlı xəbərdarlıq edib.