ATLANTİK OKEANLA ARALIQ DƏNİZİNİN SULARI NİYƏ QARIŞMIR?

Atlantik okeanın suları ilə Aralıq dənizinin suları bir-birinə qarışmadan bir sərhəd yaradır.Bütün bunun səbəbi səthi gərilmədədir: Səthi gərilmə suya xas olan ən əsas xüsusiyyətlərdən biri hesab edilir. O, mayedəki molekullar arasındakı tutma qüvvəsini və mayenin hava ilə sərhədindəki səthinin formasını təyin edir. Məhz səthi gərilmə nəticəsində damcı, gölməçə və s. yaranır. Mayenin buxarlanması sürəti də onun səthi gərilmsindən asılıdır. Səthi gərilmə nə qədər az olsa buxarlanma da o qədər sürətli olar. Atlantik okeanla Aralıq Dənizi arasında da həmin prinsip baş verir. Aralıq dənizinin suyu daha duzlu və daha isti olduğundan, Atlantik okeanının suları ilə aralarında səthi gərilmə fərqi yaranır və sularda sıxlıq fərqi olduğundan bu da onların bir-birinə qarışmamasına səbəb olur. Buna daha aydın misal isə adət-ənənəmizdə olan iki rəngli çayı da misal göstərmək olar. Əvvəl isti su tökülərək şəkər qatılıb şirin su düzəldilir. Daha sonra isə səthə sıxlığı daha az olan dəm sakit formada tökülür. Nəticədə dəm suyun dibinə getməyərək səthdə qalır və qız evi razılıq verən kimi şirin çay gəlsin deyirlər. Hər il bir-birinə qarışmayan okean sularını öz gözləri ilə görmək istəyən minlərlə turist kuriz səfərlərinə çıxır.